İraq islami müqaviməti yaydığı bəyanatda bildirib: “İraq islami müqavimət mücahidləri işğalçılara qarşı müqavimət yanaşmasının davamında Fələstin və Livan xalqlarına dəstək, eləcə də mülki əhalinin, o cümlədən uşaqların, qadınların və qocaların qətliam edilməsinə cavab olaraq, bu gün (şənbə) səhər saatlarında pilotsuz təyyarələrdən istifadə edərək işğal olunmuş ərazilərin şimalında üç mühüm hədəfə zərbə endiriblər.
İraq islami müqaviməti bu bəyanatda sionist rejimin mövqelərinə hücumun davam edəcəyini və genişlənəcəyini vurğulayıb.
Ötən həftə və aylarda İraq müqaviməti işğal altındakı Fələstinin cənubunda yerləşən Eylatda da həssas və mühüm mövqeləri hədəfə almışdı.
İraq islami müqavimətin 4 oktyabr cümə günü işğal olunmuş Qolan təpələri bölgəsindəki sionist rejimin hərbi bazasına qarşı həyata keçirdiyi ən mühüm pilotsuz təyyarə hücumunda, bu rejimin 25 əsgəri öldürülüb və yaralanıb.