Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Hamane X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Xarici İşlər naziri Seyid Abbas Əraqçi Suriyanın Xarici İşlər naziri Bəssam Əl-Sabbağ ilə çox faydalı görüş keçirib.”
“Bu görüşdə iki nazir ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə ediblər. Onlar regionda baş verən son hadisələri də müzakirə ediblər”- deyə, mətbuat katibi əlavə edib.
Bəqai yazıb: “Tərəflər Qəzzədə işğalçı rejimin soyqırım cinayətlərini və Livandakı təcavüzlərini dayandırmaq üçün beynəlxalq dəstək və həmrəyliyi səfərbər etmək üçün ikitərəfli və çoxtərəfli səviyyədə daha çox əməkdaşlıq və koordinasiyanın zəruriliyini vurğulayıblar.”