Seyid Abbas Əraqçi oktyabrın 5-i şənbə günü X sosial şəbəkəsində yazıb: “Prezident Bəşər Əsəd, Suriyanın Baş naziri və Xarici İşlər naziri ilə ikitərəfli və regional məsələlərlə bağlı vaxtında və vacib danışıqlarım oldu.”
“İranın istənilən vəziyyətdə müqavimətin yanında olacağını vurğuladım”, Əraqçi əlavə edib.
Xarici İşlər naziri yazıb: “Mən açıq şəkildə bildirdim ki, İsrail rejiminin İrana qarşı istənilən hücumu bizim tərəfimizdən daha sərt cavabla qarşılanacaq, onlar bizim iradəmizi sınaya bilərlər.”