Publish Date: 7 oktyabr 2024 - 10:19

Tehran - İRNA - Sionist mediası işğal altındakı Hayfa şəhərinə bir neçə raket zərbəsi endirildiyi barədə məlumat verib.

Livanın İslam müqaviməti tərəfindən atılan raketlər Hayfa şəhərinin müxtəlif ərazilərinə düşüb.
Həmçinin Hayfa və ətraf rayonlarda həyəcan təbili çalınıb.
Sionist rejimin mediası işğal altındakı Hayfa şəhərinin bəzi yerlərində tüstü və alov sütunlarının səmaya qalxdığını elan edib.
Əl-Cəzirə kanalı da Livandan atılan raketin bir binaya düşməsi nəticəsində 5 sionistin yaralandığını açıqlayıb.