İsmayıl Bəqai sionist rejimin Suriyaya qarşı hərbi təcavüzünü qətiyyətlə pisləyib və bu təcavüzlərin dayandırılması, işğalçı rejimin cavabdeh olması üçün regional və beynəlxalq səviyyədə ciddi addımların atılmasını tələb edib.
Mətbuat katibi Qəzzə fələstinlilərə qarşı soyqırımın davam etməsinə, Livana qarşı genişmiqyaslı təcavüzə və işğalçı rejimin Suriyaya dəfələrlə hərbi hücumlarına işarə edərək, bu vəziyyətin davam etməsini və BMT Təhlükəsizlik Şurasının sionist rejimin müharibə qızışdırmaları qarşısında hərəkətsizliyini regionda sülh və sabitliyin ciddi şəkildə pozulması, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi nəticələr hesab edib.