Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: “Son bir ildə hər kəs belə qənaətə gəlib ki, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu, ləyaqətli və dinc həyat yaşamaq hüququnu bərpa etmək üçün şərəfli müqavimətdən başqa yol yoxdur.”

İsmayıl Baqai Hamane X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Son bir ildə Qəzzədə törədilən vəhşi qətllər və amansız dağıntılar İslam dünyasını daha da qəzəbləndirib və hər kəsi bu qənaətə gətirib ki, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu, ləyaqətli və dinc həyat yaşamaq hüququnu bərpa etmək üçün şərəfli müqavimətdən başqa yol yoxdur.”