Livan Hizbullahı infoqrafika dərc edərək bildirib ki, 2023-cü il oktyabrın 8-dən 2024-cü il oktyabrın 8-dək işğal olunmuş ərazilərin şimalında hərbi mövqelərə və sionist qəsəbələrə qarşı ümumilikdə 3 min 144 əməliyyat həyata keçirib.
Hizbullah bu əməliyyatların Fələstin xalqına və Qəzzə zolağında müqavimətə dəstək olmaq, həmçinin Livanı müdafiə etmək üçün həyata keçirildiyini açıqlayıb.
Livan İslam Müqavimətinin dərc etdiyi infoqrafikaya əsasən, Hizbullahın son bir ildəki əməliyyatları 100 sionist qəsəbəsinin boşaldılmasına və 300 mindən çox sionist köçkünün öz evlərini tərk etməsinə səbəb olub.