Çərşənbə günü İsmail Bəqayi Hamane Britaniya təhlükəsizlik rəsmisinin İran İslam Respublikasına qarşı iddialarını rədd edərək, bu iddiaların son iki ildə heç bir sənəd göstərilmədən təkrarlanmasını pisləyib.
O, İngiltərə hakimiyyətinin İrana qarşı uydurma ittihamları təsvir edərkən dəfələrlə “potensial” sözünü işlətdiyini xatırladaraq, bu ölkənin təhlükəsizlik qurumlarının İran İslam Respublikasına qarşı süni “düşmənçilik” yaratmaq və Fələstin soyqırımının davam etdirilməsi və sionist rejimin bölgədə müharibə qızışdırmasının davam etməsindəki İngiltərə hökumətinin ictimai rəyi təhrif etmək siyasəti roluna uyğun hərəkətləri olaraq qiymətləndirib.
Diplomatik xidmətin sözçüsü London hakimiyyətinə əsassız ittihamlar və çaşdırıcı arqumentlər irəli sürmək əvəzinə, işğalçı rejimin təcavüz və cinayətlərini dayandırmaq üçün öz təsir imkanlarından istifadə etməyi tövsiyə edib.
Bəqayi Hamane həmçinin Londonun sistemli şəkildə zorakılıq və terrorizmi təbliğ edən və söz azadlığı anlayışından sui-istifadə edərək nifrət yayan bəzi terror qrupları və təşkilatlarına ev sahibliyi etdiyinə diqqət çəkərək, terrorizmlə mübarizə və zorakılığa təhrik etmək barədə bütün hökumətlərin beynəlxalq hüquqi vəzifələrini xatırladıb.
İngiltərə Daxili Kəşfiyyat İdarəsinin rəhbəri çərşənbə axşamı çıxışının bir hissəsində heç bir dəlil təqdim etmədən İranı İngiltərəyə qarşı sui-qəsddə ittiham edib və Tehrana bağlı ünsürlərin İngiltərə torpaqlarında İran İslam Respublikasının əleyhdarlarını təhdid etməsi ilə bağlı gülünc iddianı təkrarlayıb.