İranın Hollandiyadakı fövqəladə və səlahiyyətli səfiri Hadi Fərəcvənd Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının İcraiyyə Şurasının 107-ci iclasında çıxışında Qəzzə və Livandakı hazırkı acınacaqlı vəziyyəti və sionist rejimin törətdiyi soyqırımı təəssüfləndirici hesab edərək deyib: “Siyasi və hərbi dəstək İsrail rejiminin Livan və Qəzzəyə hücumlarında yaşayış məntəqələrini, mülki insanları bombalayaraq və bu iki ölkənin əhalisini didərgin salmaqla öz vəhşiliyini bir daha təkrarlamasına səbəb olub.”
Səfir terrorçu sionist rejimin beynəlxalq hüququ pozmaqla yanaşı, müharibədə ağ fosfor və digər qadağan olunmuş silahlardan istifadə etməsi ilə bağlı da xəbərdarlıq edib.
Fərəcvənd vurğulayıb: “Kimyəvi silahlardan azad dünya yaratmaq məqsədi konvensiyanı ratifikasiya etməyənlərin, xüsusilə kimyəvi silahların istehsalı, inkişafı və istifadəsi ilə bağlı geniş planları olan sionist rejimin qoşulmaması səbəbindən həyata keçməyəcək.”