Tehran - İRNA - Nikaraqua hökuməti sionist rejimi "faşist" və soyqırım icraçısı adlandırıb və bu rejimlə diplomatik əlaqələrin kəsildiyini elan edib.

İRNA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, Nikaraqua hökuməti şənbə günü gecə bəyanat yayaraq, İsrailin Fələstin ərazilərinə hücumlarına görə bu rejimlə diplomatik əlaqələri kəsdiyini bildirib. 

Cümə günü Nikaraqua Konqresi ölkə hökumətindən 2023-cü il oktyabrın 7-dəki hücumun ildönümü ilə eyni vaxtda bununla bağlı tədbir görməyi xahiş edən bir qərar qəbul etmişdi.