Tehran - İRNA - Livan Hizbullahı işğal olunmuş ərazilərin şimalında sionist rejim ordusunun bir neçə digər bazasına yeni raket zərbələri endirdiyini xəbər verib.

Livan Hizbullah Hərəkatı bununla bağlı yaydığı bəyanatda bildirib: “Qəzzə əhalisini və Fələstin müqavimətini dəstəkləmək, Livan və onun xalqını müdafiə etmək istiqamətində yerli vaxtla səhər saat 10:00-da sionist düşmən əsgərlərinin Belida ərazisi ətrafındakı mövqeləri raket hücumları ilə hədəfə alındı.”

Livan İslami Müqaviməti səhər saat 10:30-da raket hücumları ilə işğal olunmuş Tiberiya ərazisini də hədəfə alıb.

Hizbullah yaydığı başqa bir bəyanatda saat 12:20-də sionist qüvvələrin Əl-Mutla şəhərində toplaşdığı yerə ağır raket zərbəsi endirdiyini bildirib.

Sionist rejimin Kern Naftalidəki rabitə bazası da bu gün günorta saatlarında Hizbullah tərəfindən raketlə vurulub.