10-13 oktyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində avarçəkmə üzrə Asiya çempionatı keçirilib və İran milli komandası bu yarışlarda Məhsa Cavər, Zeynəb Novruzi, Kimya Zarei, Fatimə Mücəlləl və Əmirhüseyn Mahmudpur da daxil olmaqla 5 idmançı ilə iştirak edib.
Bu gün (bazar günü) və bu yarışların son günündə Əmirhüseyn Mahmudpur finalda kişilərin tək avarçəkmə yarışlarında Vyetnam, Özbəkistan, Qazaxıstan, Honq-Konq və İraqdan olan rəqibləri ilə qarşılaşıb və nəticədə o, 7:35.333 dəqiqə nəticə ilə ikinci platformada dayanaraq gümüş medal qazanıb. Bu növdə İraq və Vyetnam idmançıları qızıl və bürünc medal qazanıblar.
Son yarışda ölkəmizin təmsilçiləri Kimya Zarei və Fatimə Mücəlləl ağır çəkidə qoşa avarçəkmə üzrə finalda Sinqapur, Çin, Özbəkistan, Honq Konq və Qazaxıstandan olan rəqibləri ilə qarşılaşıb və nəhayət, 8:14.748 dəqiqə nəticə ilə üçüncü yeri tutaraq və bürünc medal qazanıblar. Bu növ üzrə Çin və Özbəkistan idmançıları qızıl və gümüş medal qazanıblar.