Tehran - İRNA - Xarici İşlər naziri regionda yaranmış xüsusi vəziyyətə görə İran və ABŞ arasında dolayı danışıqların dayandırıldığını açıqlayıb.

Maskata səfər edən Seyid Abbas Əraqçi bu gün (14 oktyabr bazar ertəsi) Oman vasitəsilə İran və ABŞ arasında aparılan dolayı danışıqlarla bağlı deyib: “Oman regionun problemlərinin həllində həmişə böyük yardımçı olub, İran və ABŞ-a münasibətdə həmişə mesajın çatdırılmasında və ya danışıqlar üçün zəmin yaradılmasında müsbət rol oynamağa çalışıb.”

İranın Xarici İşlər naziri deyib: “Bu rol oyunu əvvəldən mövcud olub, qabaqkı hökumətdə də bu məsələ izlənilirdi və  Maskat prosesi kimi tanınır. İranla Amerika arasında dolayısı ilə əlaqə Oman vasitəsilə qurulub.”

Əraqçi vurğulayıb: “Hazırda bölgədə yaranmış xüsusi vəziyyət ilə əlaqədar olaraq Maskat prosesi dayandırılıb. İndi biz bu danışıqlar üçün heç bir səbəb görmürük. Mövcud böhran bitdikdən sonra, o zaman yenidən işə başlayacağımız, ya başlamayacağımız, ya bu danışıqlar prosesinin necə olması ilə bağlı qərar verəcəyik.”