İsmayıl Bəqai bazar ertəsi gecə X sosial şəbəkəsində yazıb: “İşğalçı rejimin bazar ertəsi səhər saatlarında Cəbaliya düşərgəsində yemək növbəsinə duran ac və günahsız insanların öldürülməsi ilə nəticələnən yeni cinayəti İsrail rejiminin vəhşiliyinin növbəti nümayişidir.”
“Bu qətl şübhəsiz ki, müharibə cinayətidir, amma bu cinayətin özü Qəzzədə 12 aydır davam edən soyqırımın bir hissəsi hesab olunur. Rejimin cəzasız qalmasına zəmanət vermiş işğalçı rejimin tərəfdarları və haqq qazandıranları bu rejimin şəriki kimi cavab verməlidirlər”, XİN sözçüsü əlavə edib.