Tehran - İRNA - Sionist rejimin mediası işğal olunmuş ərazilərdə şəhadət əməliyyatlarının icrası və bu əməliyyat nəticəsində bu rejimin bir polis zabitinin həlak olması və daha 5 sionistin yaralanması barədə məlumat yayıb.

Fələstin kanalı sionist rejim mediasına istinadən əlavə edib: Fələstinli gəncin işğal olunmuş Fələstinin cənubunda yerləşən Aşdod yaxınlığındakı küçədə atışma əməliyyatı 2 sionist polisin yaralanması ilə nəticələnib.

Əl-Ərəbiyyə kanalı da işğal altındakı Fələstinin cənubundakı Aşdodda 4-cü küçədə iki ərazidə atışma baş verdiyini, nəticədə sionist rejimin 2 polisinin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.