Admiral Əli Fədəvi çərşənbə axşamı şəhid Nilfuruşan ilə vida mərasimində deyib: “Dünyanın cinayətkarları qorxaq olduqları üçün onların iş rejimi terror üzərində qurulub. Sionist rejim də ilk gündən terror əsasında formalaşıb, amma bu terrorlarla istədiklərinə nail olmayacaqlar.”
General Fədəvi müsəlmanın, şiənin, müqavimətçinin, SEPAH üzvünün və bəsicin əsas xüsusiyyətinin “Allahın vədinə iman” olduğunu bəyan edərək deyib: “Şəhidlik döyüşçülərin arzusudur. Qırx ildir ki, bu yolu gedənlərin əsas arzusu şəhidlikdir. Sağ qalanlar da şəhidliyi özlərinin qələbə nöqtəsi kimi görürlər. Seyid Həsən Nəsrullah və müqavimət komandirləri şəhid olanda dünyanın xəbisləri Hizbullahın bitdiyini güman edirdilər, lakin bu gün görürlər ki, Hizbullah keçmişlə müqayisədə daha güclüdür və daha təsirli əməliyyatlar aparır və sionistlərə düzəlməz zərbələr vurur.”