Nazir İranın Rəşt-Astara dəmir yolunun tikintisinə başlamasına toxunaraq deyib: “Bu məsələ Şimal-Cənub Dəhlizinin inkişafı üçün dönüş nöqtəsidir və bu marşruta aparan dəmir yolu infrastrukturunun inkişafı üçün Azərbaycan hökumətinin əməkdaşlığı çox önəmlidir.”
Yol və Şəhərsalma naziri iki ölkə arasındakı yol sahəsində optimal sərhəd imkanlarını vurğulayaraq deyib: “Təklif edirəm ki, gündəlik qəbul edilən donanmaların sayı Astara sərhədində 1000-ə, Biləsuvarda 800-ə, Culfada 700-ə, Poldəştdə 600-ə çatdırılsın.”
Fərzanə Sadiq iki ölkə arasında birgə uçuşların artırılmasının vacibliyini də qeyd edərək deyib: “İki ölkə arasında hava nəqliyyatı inkişaf etdirilməlidir. Bu istiqamətdə hər iki ölkədə birgə uçuşların artırılmasına zəmin yaradılmalıdır.”