Tehran - İRNA - Xarici İşlər naziri İranın xarici ölkələrin Qafqaza müdaxiləsinə qarşı olduğunu bəyan edərək, region ölkələrinin imkanlarından, o cümlədən 3+3 məsləhət mexanizmindən istifadənin zəruriliyini vurğulayıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev 15 oktyabr çərşənbə axşamı Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.

Əraqçi bu görüşdə sionist rejimin Fələstin və Livanın müdafiəsiz xalqına qarşı bəzi Qərb ölkələrinin dəstəyi ilə həyata keçirilən cinayətlərinə işarə edərək, bu cinayətlərin dayandırılması üçün qlobal addımların atılmasının vacibliyini bildirib.

Əraqçi İranın xarici ölkələrin Qafqaza müdaxiləsinə qarşı olduğunu bəyan edərək, region ölkələrinin imkanlarından, o cümlədən 3+3 məsləhət mexanizmindən istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev də iki ölkə arasında ticarət, investisiya, tranzit, elektrik enerjisi, su və neft sahələrində əməkdaşlığı faydalı və konstruktiv kimi qiymətləndirib.

O, Qafqaz regionunda baş verən hadisələrə dair məlumat təqdim edərək, Bakının regionda sülhün bərqərar olmasına yanaşmasını vurğulayıb, Azərbaycan Respublikasının öz ölkəsinin ərazisindən qonşularına qarşı hücuma heç vaxt imkan verməyəcəyini bildirib.