Tehran - İRNA - Livan Hizbullah Hərəkatı sionist rejimin mövqelərinə, xüsusilə də işğal olunmuş Fələstinin şimalındakı sionist mühacirlər məskunlaşmış Kərmail qəsəbəsinə hücumların davam etdiyini bildirib.

Hizbullah Hərəkatı yaydığı bəyanatda sionistlərin Kərmail qəsəbəsini ağır raket hücumu ilə hədəfə aldığını açıqlayıb.

Bəyanatda bildirilir: “Qəzzə zolağında mətanətli Fələstin xalqına, onun qəhrəman və nəcib müqavimətinə dəstək, Livan xalqını müdafiə etmək, həmçinin sionist rejimin şəhərlərə, kəndlərə və mülki insanlara qarşı amansız hücumlarına cavab olaraq islami müqavimət döyüşçüləri bu gün günortadan sonra Kərmail qəsəbəsini raket atəşinə tutub.”

Sionist rejimin ordu radiosu Hizbullahın raketlərinin Aşağı Əl-Cəlilədə yerləşən Kərmailə birbaşa dəydiyini xəbər verib.