Tehran - İRNA - Sionist rejim Livan Hizbullahının son raket hücumundan sonra sionistlərin Kiryat Şmona qəsəbəsini tamamilə boşaltmaq qərarına gəlib.

Bu gecə (cümə axşamı) Kiryat Şmonada qalan sionistlərə onların tam təxliyəsinə hazırlaşmaq barədə elan edilib.

Kiryat Şmona sakinlərinə elan edilib ki, onlar şəhəri boşaltmalı və Tiberiyaya getməlidirlər.

  Livan Hizbullahı bu gün (cümə axşamı) ilk bəyanatında bildirib ki, İslami müqavimət döyüşçüləri işğal altındakı Fələstinin şimalında sionistlərin Kiryat Şmona qəsəbəsini bir neçə raketlə hədəfə alıblar.