Publish Date: 17 oktyabr 2024 - 16:15

Qahirə - İRNA - Misirin yüksək səviyyəli rəsmiləri ilə görüşmək və müzakirə aparmaq üçün Qahirədə olan ölkəmizin Xarici İşlər naziri bu ölkənin Prezidenti ilə görüşüb, fikir mübadiləsi aparıb.

Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi bu gün, oktyabrın 17-də Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşüb, ən mühüm regional məsələlər və hadisələr ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə Əraqçi Misir Prezidenti ilə regionda baş verən hadisələrlə bağlı faydalı müzakirə və məsləhətləşmələr aparıb. Tərəflər Qəzzədə cinayətlərin və Livana qarşı təcavüzün dayandırılması, qaçqınlara köməklik göstərilməsi üçün səylərin gücləndirilməsi, sionist rejimin müharibə qızışdırmasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması, İranın diplomatik addımlarını alqışlanması, Livan və Suriya xalqlarının iztirablarına son qoymaq üçün ikitərəfli səviyyədə, beynəlxalq təşkilatlar və qurumlar səviyyəsində məsləhətləşmə və koordinasiyanın davam etdirilməsi, sionist rejimin müharibə və təcavüzünün genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. 

Həmçinin, ölkəmizin diplomatiya rəhbəri misirli həmkarı ilə ayrıca görüş keçirib, hər iki tərəf regional proseslər, xüsusilə Qəzzə və Livandakı müharibə ilə bağlı mövqe və fikirlərini bildirib.

Qeyd edək ki, Əraqçi bundan əvvəl Qəzzə və Livanda baş verən son hadisələr və sionist rejimin cinayətlərinin dayandırılması səyləri ilə bağlı regional məsləhətləşmələr istiqamətində Livan, Suriya, Səudiyyə Ərəbistanı, Qətər, İraq, Oman və İordaniyaya səfər edib və bu ölkələrin yüksək səviyyəli rəsmiləri ilə müzakirələr aparıb.