İsmayıl Bəqai Hamane cümə axşamı sosial şəbəkədəki şəxsi hesabında paylaşdığı mesajda yazıb: “Sionist rejimin Qəzzədə Əl-Məmədani xəstəxanasına, qadın və uşaqların da olduğu 500-dən çox xəstənin şəhadəti ilə nəticələnən hava hücumu etməsinin ildönümü günündə bir-birimizə xatırladırıq ki, qəddarlıq və amansızlıq ideoloji narsisizm və toxunulmazlıqla müşayiət olunarsa, heç bir hədd-hüdudu olmaz.”
“Məzlum Qəzzə xalqı həmin gecə Əl-Məmədani xəstəxanasına sığınmışdılar ki, 2023-cü il oktyabrın 17-nə keçən gecə sionist rejim qırıcıları tərəfindən kütləvi şəkildə qətlə yetirildilər”, Bəqai qeyd edib.
Mətbuat katibi bildirib: “Bu, soyqırımın ilk günlərində İsrailin Qəzzədə törətdiyi ilk hərbi cinayət hadisəsi idi ki, beynəlxalq ictimaiyyətin yekdil qınağı ilə üzləşdi.”
Diplomatik qurumun sözçüsü yazıb: “Təəssüflər olsun ki, ABŞ və bəzi digər Avropa ölkələrinin hərtərəfli dəstəyi ilə işğalçı rejimin cəzasız qalacağına zəmanət verməsi həmin cinayətin təkrarlanmasına və bütün vətənlərində fələstinlilərə qarşı daha geniş müharibəyə səbəb olub.”
O, əlavə edib: “Fələstin, region və dünya xalqı unutmayacaq ki, Amerika və Almaniya İsrailin cinayətlərinə ən mühüm bəraət qazandıranlar olaraq, eyni zamanda bu rejimə ən böyük ölümcül silah tədarükçüləridir. Cinayətdə iştirak etmək və əlbir olmaq cinayət törətmək qədər iyrəncdir.”