19 oktyabr 2024-cü il
İRNA-nın məlumatına görə, Ayətullah Xameneinin mesajının mətni belədir:
Bağışlayan və Mehriban Allahın adı ilə!
Müsəlman xalqları! Bölgənin qeyrətli gəncləri!
Qəhrəman mücahid, komandan Yəhya əs-Sinvar da şəhid yoldaşlarına qoşuldu.
O, müqavimətin və mübarizənin parlaq siması idi; O, qəddar və təcavüzkar düşmənə qarşı polad qətiyyətlə dayanmışdı; Tədbir və cəsarətlə ona sillə vurdu; O, bu bölgənin tarixində vurulan əvəz edilməz 7 oktyabr zərbəsini yadigar qoydu; Sonra isə şərəf və qürurla şəhidlərin meracına uçdu.
Onun kimi ömrünü qəsbkar və zalım düşmənə qarşı mübarizədə keçirən birinə layiq olduğu şəhadətdən başqa sonu yoxdur. Onun itirmək, əlbəttə ki, müqavimət cəbhəsi üçün ağrılıdır, lakin bu cəbhə Şeyx Əhməd Yasin, Fəthi Şiqaqi, Rentisi və İsmayıl Haniyə kimi görkəmli şəxsiyyətlərin şəhadəti ilə irəliləməkdə dayanmadı və Allah qoysa Sinvarın şəhadətilə də dayanmayacaq. HƏMAS yaşayır və yaşayacaq.
Həmişə olduğu kimi, biz ixlaslı mücahidlərin və mübarizlərin yanında olacağıq; Allahın tovfiqi və yardımı ilə.
Qardaşımız Yəhya Əs-Sinvarın şəhadəti münasibəti ilə ailəsinə, mübarizə yoldaşlarına və Allah yolunda cihada qəlbdən bağlı olan bütün şəxslərə təbrik deyir, onun itkisinə görə başsağlığı verirəm.
Allahın saleh bəndələrinə salam olsun.
19.10.2024