İstanbul - İRNA - Xarici İşlər naziri deyib: “HƏMAS həmişəkindən daha canlıdır. Dostların region ölkələri ilə görüşləri və siyasi məsləhətləşmələri davam edir. HƏMAS əvvəlkindən daha güclü şəkildə öz yoluna davam edəcək.”

Qafqaz regional əməkdaşlıq mexanizmi ilə bağlı xarici işlər nazirlərinin iclasında iştirak etmək və Türkiyə rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün diplomatik heyətin müşayiəti ilə İstanbula səfər etmiş Seyid Abbas Əraqçi 19 oktyabr şənbə günü axşam saatlarında HƏMAS-ın bəzi yüksək rütbəli rəsmiləri ilə görüş çərçivəsində deyib: “Hər kəsin bilməsi vacib olan bir məqam budur ki, Sinvarın şəhadəti və Qəzzədə çoxlu insanların şəhid olmasından sonra HƏMAS hələ də canlıdır və dirənişə davam edir və Fələstində heç kimin görməməzlikdən gələ və məhv edə bilməyəcəyi bir reallıqdır.”

Xarici İşlər naziri əlavə edib: “Sionist rejim bir il ərzində bütün cəhdini göstərərək 50 mindən çox insanı öldürdü, çoxlu evləri dağıtdı, hamının bildiyi bir çox cinayətlər törətdi, amma heç bir məqsədinə çatmayıb və çatmayacaq.”

Əraqçi bəyan edib: “HƏMAS hər zamankindən daha canlıdır və dostların region ölkələri ilə görüşləri davam edir. Onların dünən Türkiyənin Xarici İşlər naziri ilə görüşü olub. Bu gün də mənimlə siyasi məsləhətləşmələr davam edir. HƏMAS əvvəlkindən daha güclü şəkildə öz yoluna davam edəcək.”