Publish Date: 20 oktyabr 2024 - 16:51

Şirazlı qadın xilasedicilər öz əzmkarlığı və xüsusi bacarıqları ilə çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, xilasedicilik və təhlükəsizlik təlimlərində öz rollarını oynamaqda davam edirlər. Bu qadınlar ağır kurslardan keçərək və etibarlı sertifikatlar alaraq hadisələrin öhdəsindən gəlməyə hazırlaşıblar. Bu gün də avadanlıq və imkanların çatışmamazlığına baxmayaraq, möhkəm iradə ilə cəmiyyətin təhlükəsizlik səviyyəsini yüksəltməkdə, xidmət göstərməkdə davam edirlər.