Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai sionist rejimin nəcib iranlı xanım, beş uşaq anası xanım Məsumə Kərbasi və onun livanlı həyat yoldaşı doktor Rza Avazəni vəhşicəsinə terror etməsi ilə bağlı yeni cinayətini qətiyyətlə pisləyib, bu şərəfli cütlüyün şəhadəti münasibətilə onların hörmətli ailəsini, nəcib və müqavimətli İran və Livan xalqlarını təbrik edib və eyni münasibətlə başsağlığı verib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi bu iranlı xanımın və onun həyat yoldaşının mülki yerdə və izdihamlı küçədə teror edilməsi ilə bağlı yayılan videoya işarə edərək, sionist rejimin bu hərəkətini terrorizm və hərbi cinayətlərin tam və eyni zamanda nümunəsi kimi qiymətləndirib, İran İslam Respublikasının bu məsələni izləyəcəyini, sionist rejimi öz cinayətlərinə görə məsuliyyət daşımağa məcbur etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini vurğulayıb.
Baqai elmi-tədqiqat səriştəsi olan bu əziz ananın ləyaqətli mövqeini hörmətlə yad edib, müqavimətə media dəstəyi sahəsində qayğısını onun ziyalılığının sübutu adlandıraraq, sionist rejimin onu terror etməkdə qəddarlığını bu rejimin İran və iranlılara qarşı zati antaqonizminin daha bir əlaməti hesab edib, insan haqları qurumlarını işğal olunmuş Fələstində və Livanda soyqırım və qətllərin bir hissəsi olan bu terrora səssiz qalmamağa çağırıb.