İsrail HƏMAS-ın siyasi ofisinin rəhbəri Yəhya Sinvarın həyatının son anlarını əks etdirən görüntüləri dərc etməklə onu qorxaq və sonda İsrail qüvvələri tərəfindən öldürülən qaçaq kimi təqdim etməyə çalışsa da, bu görüntülər dünyanın bir çox insanının nəzərində onun cəsarətinin və mübarizə ruhiyyəsinin sübutu oldu.
The Washington Post əlavə etdi: Sinvarın tərəfdarları bədəninin tozlu olması və əlindəki silahla eyni görüntülərdən istifadə etdilər və onu - tuneldə gizlənməyən və müharibədən qaçmayan biri olaraq - döyüşən mübariz kimi təriflədilər. Bu videonu izləyənlərin çoxu bunu nəinki məğlubiyyət və rüsvayçılıq əlaməti hesab edir, hətta Sinvarın İsrail dronuna taxta parçası atmasının belə onun gücünün və müqavimət ruhunun zirvəsini göstərdiyini vurğulayırlar.