Hadi Tahan Nəzif X sosial şəbəkəsindəki şəxsi səhifəsində üç ada ilə bağlı müzakirələrə münasibət bildirərək yazıb: “Hər kəs bilməlidir ki, hətta başqalarının dəstəyi ilə belə İranın maraqlarını təhdid etmək olmaz.”
Əbu Musa, Böyük Tunb və Kiçik Tunb olmaqla üç ada Fars körfəzində və Hörmüz boğazı yaxınlığında yerləşir. Etibarlı tarixi sənədlərə görə, onlar Əhəmənilər dövründən İranın hakimiyyəti altında olublar və İran torpağının ayrılmaz hissəsidir.
Bu günlərdə Avropa İttifaqı və Fars Körfəzi Əməkdaşlıq Şurası birgə bəyanatının yekun bəndində üç İran adası ilə bağlı keçmiş əsassız iddialarını təkrarlayıb.