Tehran - İRNA - Livan Həkimlər Birliyinin rəhbəri verdiyi açıqlamada bildirib ki, sionist rejimin bu ölkəyə hücumları zamanı beş xəstəxana tamamilə yararsız vəziyyətə düşərək xidmətdən çıxıb.

Yusif Baxaş Əl-Cəzirə telekanalına müsahibəsində əlavə edib: Sionist rejimin Livana təcavüzü zamanı 22 xəstəxanaya da ziyan dəyib. 

O əlavə edib: İsrail (rejimi) istisnasız olaraq hər kəsi hədəf alır və səhiyyə sektoru bu rejimin hücumlarının birbaşa hədəfi olub və çox sayda tibb işçisi şəhid olub, yüzlərlə insan yaralanıb. 

Baxaş deyib: Sionist rejim bu sektoru sıradan çıxarmaq məqsədi ilə bilərəkdən tibb infrastrukturunu və işçilərini hədəfə alır. 

O əlavə edib: Livanın səhiyyə sektoru hazırda pis vəziyyətdədir və İsrail beynəlxalq müqavilələrə və Cenevrə Konvensiyasına hörmət etməlidir.