Prezidentlə birlikdə Rusiyada BRİKS sammitində iştirak edən ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi deyib: “BRİKS-in perspektivli gələcəyi var. Biz tərəfdaşlarımız da daxil olmaqla daha çox ölkələrin BRİKS-ə üzv olmaq arzusunu ifadə etdiyini görürük. Bu, onu göstərir ki, ölkələr sülhə və ədalətə əsaslanan dünya nizamına can atan bu təşkilatın əhəmiyyətini, ideologiyasını və məqsədlərini dərk edirlər.”
“Amerika yeni dünya düzənində düşmən hegemonluq siyasətini davam etdirmək istəyir” - deyə, Xarici İşlər naziri qeyd edib.
Əraqçi əlavə edib: “Bu baş verməyəcək. Çünki Amerika getdikcə zəifləyir. BRİKS-ə qoşulan ölkələr də dünya düzəninin dəyişdirilməsini, onun ədalət və sülh əsasında qurulmasını dəstəkləyir.”