Rusiya Prezidentinin dəvəti ilə Kazana səfər etmiş doktor Pezeşkiyan çərşənbə günü ilk dəfə rəsmi və tamhüquqlu üzv kimi BRİKS sammitində iştirak edib və çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün təkliflər verib.
Prezident sammitdə BRİKS və İranın əməkdaşlıq üçün qarşılıqlı imkanlarını izah edərkən, bu beynəlxalq təşkilatın yaradılmasının məqsədlərinin həyata keçirilməsinə uyğun beş mühüm təklif irəli sürərək deyib: “Kiçik və çevik katiblik olmadan qrup daxilində çox müxtəlif proqramları izləmək çətin olacaq.”
Doktor Pezeşkiyan cümə axşamı BRİKS Plus kimi tanınan BRİKS ilə əməkdaşlıqda maraqlı olan ölkələrin sammitində çıxış edib.
Prezident bu səfər zamanı Rusiya, Çin, Cənubi Afrika, Misir, Venesuela, Belarus, Boliviya prezidentləri, Hindistan, Efiopiya və Ermənistanın baş nazirləri və BƏƏ Prezidenti ilə ikitərəfli görüşlər keçirib və hər iki tərəfi maraqlandıran məsələləri müzakirə edib.