Tehran - İRNA - İran İslam Respublikası ordusu İranın təhlükəsizliyini müdafiə etmək və İranın xalqı və mənafeyinə vurulan zərərin qarşısını almaq məqsədilə ötən gecə cinayətkar sionist rejimin mərmiləri ilə mübarizə apararkən iki döyüşçüsünü qurban verib.

İRNA-nın ordunun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, İslam Respublikası Ordusunun bəyanatında deyilir: 

Bağışlayan və Mehriban Allahın adı ilə 

Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişmələr. 

Əhzab surəsi, 23-cü ayə.  

İran İslam Respublikası Ordusu İranın təhlükəsizliyini müdafiə etmək və İranın xalqı və mənafeyinə vurulan zərərin qarşısını almaq üçün ötən gecə cinayətkar sionist rejimin mərmiləri ilə mübarizə apararkən iki əsgərini qurban verib. 

Bu elana görə, mayor Cahandidə və Gizir Şahroxifər bu hücumda şəhid olublar.