Əlaəddin Bürucerdi İRNA-nın siyasi məsələlər üzrə müxbirinə müsahibəsində sionist rejimin bu şənbə oktyabrın 26-da səhər saatlarında İran İslam Respublikasının bəzi mövqelərinə təcavüzkar hücumu ilə bağlı deyib: “Sionist rejim əvvəlki “Doğru Vəd 1” və “Doğru Vəd 2” əməliyyatlarında öz uğursuzluğunu qəbul etdiyi üçün, məğlub olmuş qüvvələrinə mənəvi ruh vermək məqsədi ilə İran İslam Respublikasının mövqelərinə qarşı son əməliyyatları həyata keçirdi.”
Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü sionist rejimin bu hərəkəti ilə ciddi səhv hesablamaya düçar olduğunu bəyan edərək deyib: “Ölkənin Hava Hücumundan Müdafiəsi bu təcavüzə qarşı böyük güc nümayişi göstərdi, İslam Respublikasının qüdrətini sionist rejim və onun himayədarı olan Amerikaya göstərdi və bu rejimi aşağıladı.”
Sionist rejimin İrana hücumunu bu ölkə ərazisinə açıq şəkildə təcavüz adlandıran və İslam Respublikasının cavab hüququnu özündə saxladığını qeyd edən Bürucerdi deyib: “Bu hücum sionist rejim üçün heç bir nəticə vermədi, xüsusilə də sionist rejim başçıları bu hücumu öz sığınacaqlarından idarə etdilər, bundan əvvəl isə İslam Respublikasının cavabından qorxduqları üçün işğal olunmuş ərazilərin əhalisini ötən gecəni sığınacaqlarda keçirməyə təşviq etdilər.”