Türkiyənin Xarici İşlər Nazirliyi sionist rejimin bu gün, şənbə səhər saatlarında İranın şəhərlərinə hücumunu ən sərt şəkildə pisləyib. Bu bəyanatda bildirilir: “İsrailin İrana qarşı həyata keçirdiyi hücumu ən sərt şəkildə qınayırıq. Qəzzədə soyqırım törədən İsrail İordan çayının qərb sahilini ilhaq etməyə hazırlaşır, Livanda hər gün dinc sakinləri öldürür, bölgəmizi daha böyük müharibənin astanasına gətirmişdir. İsrailin bölgədə yaratdığı terrora son qoyulması beynəlxalq təhlükəsizliyin və sülhün bərqərar olması sahəsində tarixi vəzifəyə çevrilib. Beynəlxalq ictimaiyyəti qanunun həyata keçirilməsi və Netanyahu hökumətinin dayandırılması üçün mümkün qədər tez hərəkətə keçməyə çağırırıq. Biz Türkiyə olaraq bunu dəfələrlə vurğulayırıq ki, artıq bölgəmizdə müharibə, zorakılıq və qanunsuzluq istəmirik. Qərbi Asiyada sülhü bərpa etmək üçün region ölkələrinin və qeyri-regional aktorların rasional və ehtiyatlı yanaşma seçmələri zəruridir.”
Publish Date: 26 oktyabr 2024 - 17:05
Tehran - İRNA - Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, sionist rejimin İrana hücumunu ən sərt şəkildə pislədiyini bildirib.