Tehran - İRNA - Livan islami müqaviməti bu gün sionist rejim mövqelərinə hücumlarının davamında, işğal olunmuş Fələstin torpaqlarının şimalında sionist rejim ordusunun 7 bazasına və əsgərlərinin toplaşdığı yerə 80 raket zərbəsi endirib.

Sionist rejim ordusu etiraf edib ki, Livan islami müqaviməti pilotsuz təyyarələrin hücumlarından əlavə, son saatlarda İsrailin şimalına doğru 80 raket atıb.

Eyni zamanda, Livan Hizbullahı sionist rejim əsgərlərinin Ras-ən-Naqurədəki “Əl-Müşrifiyyə bölgəsində toplaşmasını hədəf aldığını açıqlayıb.

Hizbullah həmçinin“Meyşar” bazasını (şimal bölgəsinin Safeddəki əsas kəşfiyyat qərargahı), Hayfanın şimalındakı “Kryot” ərazisini, Təl-Əvivin cənubundakı “Təl Nof” hava bazasını da hədəfə alıb.

Hizbullah israilli işğalçı qüvvələrinin "Eyta" şəhəri ətrafında toplaşdığı yeri də raketlərlə hədəfə aldığını vurğulayıb.

Livan Hizbullahı işğal altındakı Fələstinin şimalındakı Metsofa qəsəbəsini ağır raket hücumu ilə hədəfə alıb.