İran Silahlı Qüvvələrinin Baş Qərargahı sionist rejimin şənbə günü səhər saatlarında ABŞ-ın dəstəyi ilə həyata keçirdiyi təcavüzkar hücumu barədə bildiriş yayıb.

İran Silahlı Qüvvələrinin Baş Qərargahının bildirişinin mətni belədir:

İslami İranın şərəfli və qeyrətli xalqının diqqətinə çatdırılır ki, sionist düşmənin təyyarələri bu gün şənbə, 26 oktyabr səhər saatlarında açıq şəkildə və beynəlxalq qanunlara zidd olaraq, İraqda İran sərhədlərinin yüz kilometrliyindəki Amerika terrorçu ordusunun sərəncamında olan məkandan istifadə etməklə və uzaq məsafədən İran ballistik raketlərinin döyüş başlığının təxminən beşdə biri ağırlığında, çox yüngül döyüş başlığına sahib olan bir sıra uzaqmənzilli hava əsaslı raketləri İlam və Xuzistan əyalətlərinin bəzi sərhəd radarlarına və Tehran əyaləti ətrafındakı radarlara doğru atıb. Ölkənin Hava Hücumundan Müdafiə sistemlərinin vaxtında işə düşməsi nəticəsində ziyan məhdud və təsirsiz olub, bir neçə radar sistemi zədələnib. Onlardan bəziləri dərhal təmir olunub, bəziləri isə təmir olunur. 

Bu qeyri-qanuni aktda ölkənin Hava Hücumundan Müdafiə qüvvələrinin hazırlığı ilə xeyli sayda raket izlənərək məhv edilib, düşmən təyyarələrinin ölkənin hava məkanına daxil olmasının qarşısı alınıb.

İran lazımi vaxtda cavab vermək üçün qanuni hüququnu özündə saxlayaraq, Qəzzə və Livanda müdafiəsiz və məzlum insanların qətlə yetirilməsinin qarşısını almaq üçün davamlı atəşkəsin yaradılmasını vurğulayır.

Sionist rejimin regionun təhlükəsizliyinin pozulmasında cinayətkar əməllərinin hərtərəfli dəstəklənməsində mərkəzi rol oynayan Amerikanın terrorçu və cinayətkar hökumətinə xəbərdarlıq edilir ki, bölgədə münaqişə və təhlükənin yayılmasının, xüsusilə Qəzzə və Livanda günahsız insanların qətlə yetirilməsinin qarşısını almaq üçün bu qeyri-qanuni rejimin qarşısı alsın, özünü və müttəfiqlərini bundan artıq işğalçı rejimin yaratdığı bataqlığa salmasın.

İranın şərəfli xalqından, medialardan və ekspertlərdən xahiş olunur ki, şayiələrə və etibarsız xəbərlərə əhəmiyyət verməsinlər, düzgün xəbərləri rəsmi mənbələr və milli medialar vasitəsilə izləsinlər.