Tehran - İRNA - Sionist rejimin Beyt-Lahiyədə törətdiyi cinayət və 35 nəfərin qətliamından sonra xəbər mənbələri bu rejimin bu səhər (bazar günü) Qəzza zolağının şimalında son cinayətlərinin ardınca 10 Fələstin vətəndaşının şəhid olduğunu bildiriblər.

İRNA-nın Əl-Əqsa kanalına istinadən verdiyi məlumata görə, İsrail döyüş təyyarələri bu gün (bazar günü) səhər Qəzza zolağının şimalındakı Beyt Lahiyə qəsəbəsində bir neçə köçkün ailənin yaşadığı evi bombalayıb. 

İndiyədək bu evin dağıntıları altından 10 fələstinlinin cəsədi çıxarılıb. 

Yardım və tibbi qüvvələrin Qəzza zolağının şimalındakı Beyt Lahiyə bölgəsinin bombalanmış ərazilərinə çıxışı yoxdur. 

  Şənbə günü gecə İsrail qırıcıları Qəzza zolağının şimalında Beyt Lahiyə qəsəbəsində beş yaşayış evini bombalayıb.