Media mənbələri Livan Hizbullahının son hücumunda 75 raket ataraq Əl-Cəlil bölgəsini hədəf aldığını xəbər veriblər.
Bu xəbərə görə, qeyd olunan hücumlarda bir neçə bina və avtomobil yanıb və zərər görüb.
Sionist mediaları həmçinin, bir neçə sionistin, xüsusən də Əl-Cəlil bölgəsinin Təmra qəsəbəsində yaralandığını bildiriblər.
Livan islami müqaviməti bu gün yaydığı 8-ci bəyanatda çoxlu sayda raketlə Hayfanın şimalındakı Zufulun hərbi sənaye bazasını vurduğunu açıqlayıb.
Livan islami müqaviməti daha üç əməliyyatda sionist rejim əsgərlərinin Əl-Mərc, Əl-Malkiyyə və Kərmail bazalarında yerləşdiyi mövqeləri çoxlu sayda raketlə vurub, düşmən qüvvələri itkilər verib.
Livan müqaviməti bugünkü əməliyyatlarının davamında sionist rejimin "Əl-Mənara" qəsəbəsindəki piyada qüvvələrini pilotsuz təyyarə ilə vurub.