Səudiyyə Ərəbistanının Xarici İşlər naziri telefon danışığında sionist rejimin İranın suverenliyi və ərazi bütövlüyünü pozan təcavüzkar hərəkətini pisləməkdə bu ölkənin mövqeyini vurğulayaraq, qeyri-sabitliyin yayılmasının qarşısını almaq üçün regionun bütün ölkələrinin səylərini zəruri hesab edib.
Ölkəmizin Xarici İşlər naziri sionist rejimin hərəkətlərini pisləməkdə çevik mövqe tutduğuna görə Səudiyyə Ərəbistanına təşəkkür edərək, İsrailin cinayətlərini, Qəzzə və Livanda insanların amansızcasına öldürülməsini dayandırmaq üçün İslam ölkələrinin koordinasiyasını istəyib.
Telefon danışığında tərəflər bir-biri ilə davamlı təmas və məsləhətləşmələrin zəruriliyini vurğulayıblar.