Tehran – İRNA – Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş işğal olunmuş ərazilərdə fələstinli qaçqınlara yardım və məşğulluq agentliyinin (UNRWA) fəaliyyətinin qarşısını almaq üçün Knessetin (Sionist rejim parlamenti) qəbul etdiyi qanuna münasibət bildirərkən vurğulayıb: İsrail (rejiminin) UNRWA-ya qarşı təsdiq etdiyi qanun qəbuledilməzdir

Sionist rejimin UNRWA əleyhinə qanununun fələstinli qaçqınlar üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyini bildirən Quterreş bu qurumun alternativi olmadığını və onun davam etdirilməsinin zəruri və lazıni olduğunu bildirib. 

BMT baş katibi sözünə davam edərək Knessetin UNRWA əleyhinə təsdiq etdiyi qanunun sionist rejim ilə Fələstin arasındakı münaqişənin həlli üçün zərərli olduğuna və daha çox problemlərə yol açacağına işarə edərək, vurğulayıb: İsrailin (rejiminin) UNRWA-ya qarşı qanunu həm də bütün Yaxın Şərq regionunda sülh və təhlükəsizliyi təhdid edəcək.