Tehran - İRNA - Beynəlxalq Cinayət Məhkəməsi bir çoxlarının ikili standart kimi qiymətləndirdiyi bir hərəkətlə Netanyahunun həbs qərarını daha 5 ay təxirə saldı.

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallantın həbs qərarını 5 ay təxirə salaraq, ikiüzlülük ittihamı ilə üzləşib, çünki eyni məhkəmə Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderi 24 gün ərzində təsdiqləyib.

Türkiyənin Anadolu xəbər agentliyinin məlumatına görə, mayın 20-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğu Netanyahu və Gallant və HƏMAS-ın üç yüksək rütbəli liderinin həbsinə order verilməsi tələbini təqdim edib və bu, sionist rejim və onun müttəfiqlərinin mənfi reaksiyası ilə qarşılanıb.

Bu arada Beynəlxalq Cinayət Məhkəməsi Ukrayna ilə bağlı işlərdə cəld hərəkət edib və bir neçə ay ərzində Putin də daxil olmaqla 6 rusiyalı məmurun həbsinə order verib.