Tehran - İRNA - Xəbər mənbələri Qəzzə zolağının şimalındakı Beyt Lahya düşərgəsində yaşayış kompleksinin bombalanması nəticəsində ən azı 93 Fələstin vətəndaşının şəhid olduğunu bildirib.

Sionist rejim yeni cinayətində Beyt-Lahyada 5 mərtəbəli yaşayış kompleksini bombalayıb, nəticədə 93 Fələstin vətəndaşı şəhid olub, 40 nəfər isə itkin düşüb. 

Qəzzədəki xəstəxana mənbələrindən verilən məlumata görə, şəhidlərdən 25-i uşaqdır. 

Sionist rejim qırıcıları bazar günü səhər saatlarında Qəzzə zolağının şimalındakı Beyt Lahya qəsəbəsində bir neçə köçkün ailəsinin iqamətgahını bombalayıb.