İsmayıl Bəqai çərşənbə axşamı 29 oktyabr axşam saatlarında sionist rejim qüvvələrinin bu gün (çərşənbə axşamı) Qəzzə zolağının şimalındakı Beyt-Lahyada yaşayış evinə altmışdan çox mülki şəxsin şəhid olması və onlarla insanın yaralanması ilə nəticələnən vəhşicəsinə hücumuna reaksiya verərək soyqırımın davam etməsini, müdafiəsiz Fələstin xalqının qətliam edilməsini, Qəzzə zolağında yaşayış məntəqələri və həyati əhəmiyyətli infrastrukturun hədəfə alınmasını qətiyyətlə pisləyib, cinayətləri dayandırmaq və işğalçı rejimin başçılarını mühakimə etmək və cəzalandırmaq üçün qətiyyətli beynəlxalq tədbirlərin həyata keçirilməsinə çağırıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Qəzzə zolağının şimal hissəsinin tam blokadaya alınması və humanitar yardımın gəlməsinin qarşısının alınması ilə müşayiət olunan yaşayış məntəqələrinin işğalı və Qəzzə əhalisinin kütləvi şəkildə qətliam edilməsini müharibə cinayətinin bariz nümunəsi, Fələstin xalqını məhv etmək və onları öz torpaqlarından zorla çıxarmaq planının bir hissəsi hesab edib, işğalçı rejimin törətdiyi soyqırım və hərbi cinayətləri ilə mübarizədə bütün hökumətlərin məsuliyyətini vurğulayıb.