Tehran - İRNA - Prezident məktub vasitəsilə izzətli şəhid Seyid Həsən Nəsrullahın xatirəsini ehtiramla yad edərək Şeyx Nəim Qasimin Livan Hizbullah Hərəkatının Baş katibi seçilməsi münasibətilə Livan xalqını və hökumətini, habelə müqavimət cəbhəsinin bütün mücahidlərini təbrik edib.

Məsud Pezeşkiyan 29 oktyabr çərşənbə axşamı məktub ünvanlayaraq höccətül-islam vəl-müslimin Şeyx Nəim Qasimin Hizbullah Hərəkatının Baş katibi seçilməsi münasibətilə təbrik edərək bildirib: “Şübhəsiz ki, bu həssas tarixi şəraitdə Livanın suverenliyi və ərazi bütövlüyünün, eləcə də müqavimət cəbhəsinin və məzlum Fələstin xalqının uca ideallarının müdafiəsi tarixi əhəmiyyət kəsb edir. Əminəm ki, Hizbullahın rəhbərliyində sizin kimi parlaq və aydın keçmişə sahib olan bir simanın olması müqavimət meydanında iradəni gücləndirməklə yanaşı, bu cəbhənin uca məqamlı şəhidlərinin işıqlı yolunun davam etməsinə səbəb olacaq.”

Məktubun digər hissəsində bildirilir: “Ümidvaram ki, İslam ümmətinin birliyi və vəhdəti, müsəlman ölkələrinin daha böyük dəstəyi, eləcə də bütün dünyada oyanmış vicdanların dəstəyi ilə qondarma sionist rejimin təcavüzünün dayandırılmasının, Qəzzədə, Livanda və bütün regionda sülh, əmin-amanlıq və təhlükəsizliyin bərqərar olmasının şahidi olacağıq.”