General-mayor Məhəmməd Baqiri höccətül-islam Şeyx Naim Qasimə ünvanladığı məktubda yazıb: “Sizin hazırkı təhlükəli bir vəziyyətdə Livanda Hizbullahın Baş katibi vəzifəsinə tarixi seçilmənizi –hansı ki, qürurlu müqavimət cəbhəsi və Livanın qəhrəman Hizbullahının böhranları aradan qaldırmaq və sionist qaniçən düşmən üzərində qəti qələbəsi üçün iqtidarının, hazırlığının və artan imkanlarının təzahürüdür– təbrik edirəm.”
General-mayor Məhəmməd Baqiri vurğulayıb: “İslam ümməti və Qüdsi-şərifin azadlığı uğrunda mübarizə aparan mömin mücahidlər əmindirlər ki, müqavimətin şəhid Seyyidinin saleh və cəsur varisi qəhrəman və izzətli Hizbullaha iqtidarla rəhbərlik edəcək, onu böyük müqavimət cəbhəsinin, xüsusən də əziz Livanın izzət, əzəmət və şərəf mənbəyi edəcək.”
Silahlı Qüvvələrin Baş Qərargah rəisi məktubunun davamında bildirib: “İnşallah, bu xeyirli seçim Hizbullahın tarix yazan döyüşçülərinin müqavimət və əzm sipərini şər cəbhəyə qarşı daha güclü və parlaq edəcək, kimliyi olmayan və cinayətkar sionist rejimin süqut prosesini sürətləndirəcək.”
Baqiri yazıb: “Uca Allahdan o zəkalı alim, müdrik və cəsur rəhbər üçün müqavimət şəhidlərinin, xüsusən də höccətül-islam vəl- müslimin şəhid Seyid Həsən Nəsrullahın Livan xalqının və torpağının, eləcə də məzlum Fələstin ideyasının müdafiəsi yolunu davam etdirilməsində artan izzət və uğurlar diləyirəm.”