SEPAH generalı İsmayıl Qaaninin höccətül-islam vəl-müslimin Şeyx Naim Qasimə ünvanladığı və cümə axşamı, axşam saatlarında yayılmış məktubunun mətnində bildirilir: “Uca Allaha şükür edirik ki, tarixi bir anda və taleyüklü seçimdə mücahid, parlaq keçmişə malik, şiələr və müqavimətin izzətli döyüşçüləri arasında sevimli şəxs olan siz, qəhrəman Hizbullahın Baş katibliyi kimi ağır və dəyərli məsuliyyəti üzərinizə götürdünüz.”
Məktubun bir hissəsində qeyd olunur: “İnşallah, şəhidlərin nurlu və cihad yolu sizin idarə və rəhbərliyinizlə altında daha da sürətlə və güclü şəkildə davam edəcəkdir.”