General Hüseyn Səlami cümə axşamı, axşam saatlarında Şirazda keçirilən “15 000 Fars Vilayəti Şəhidi Milli Konqresi”ndə deyib: “Bu gün sionist rejim öz süqutu üçün şərait hazırlayır. Bir rejim süqut edəndə dünyada təcrid olunur, nifrət edilir, onunla qlobal münasibətlər və əlaqələr kəsilir. Bu işğalçı rejimin bugünkü vəziyyəti belədir.”
General Səlami vurğulayıb: “Siz bu gün iqtisadi böhranla üzləşmisiniz, yer üzündə hərəkət etmək gücünüz yoxdur, bir neçə raket əleyhinə raketə və neçə təyyarəyə güvənmisiniz. Halbuki, bu güclər məhduddur və sizin siyasi, təhlükəsizlik, iqtisadi şəxsiyyətinizin çökməsinin qarşısını almaq üçün etibarlı dayaq ola bilməzlər.”
SEPAH komandiri çıxışının davamında deyib: “Sizin yaratdığınız şey müsəlmanların yeni nəsilləri, uşaqlar və yeniyetmələr arasında davamlı nifrətdir. Siz əbədi bir kin və dərin düşmənlik toxumlarını əkirsiniz ki, bu da tədricən silaha, cihada və mübarizəyə çevrilir.”