Tehran - İRNA - Media mənbələri Şəhid İzzəddin Əl-Qəssam Batalyonlarının Qəzzə zolağında bugünkü (şənbə) əməliyyatlarında sionist rejimin bir neçə əsgərinin ölməsi və onların zirehli texnikasının məhv edilməsi barədə məlumat yayıb.

Sionist rejim mediaları bununla bağlı etiraf edib: “Dünən axşam və bu gün səhər saatlarında Qəzzə zolağında 2 təhlükəsizlik hadisəsi baş verib, nəticədə bir neçə əsgər ölüb və yaralanıb.”

Sionist KİV-lər bu gün Qəzzədə bu rejim ordusunun ölənlərinin sayının 3 nəfərə çatdığını bildirib.

HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam batalyonları da bəyanat yayaraq bildirib: “Qəzzə zolağının şimalında Cəbaliya düşərgəsində əvvəlcədən bombalanmış binanın partlaması nəticəsində bir neçə israilli əsgəri öldü və yaralandı.”

Əl-Qəssam əlavə edib ki, Cəbaliya düşərgəsinin qərbində birləşmiş pusqu həyata keçirərək sionist rejim ordusuna məxsus “D9” tipli hərbi buldozeri “Əl-Yasin 105” anti-zireh raketlərlə məhv edib.