Sionist rejim universitetlərin tələbələrinə dəstək dərnəyinin keçirdiyi bu sorğuya əsasən, sionist tələbələrin bu rejimin gələcəyinə ümidi ilin əvvəli ilə müqayisədə 11% azalıb.
“Əl-Cəzirə” əlavə edib: Sionist “Maariv” qəzetində dərc olunan bu sorğuya əsasən, tələbələrin yalnız 12%-i sionist kabinetinin onların mənafeyini düşündüyünə inanır, tələbələrin 62%-i bu rejimin kabinetinin onların xeyrinə işləmədiyini düşünür.
“Maariv” qəzeti yazıb ki, İsrail rejiminin Qəzzə zolağı sakinlərinə qarşı müharibəsinin başlanğıcından indiyədək 70 mindən çox sionist tələbə ehtiyat qüvvə kimi hərbi xidmətə çağırılıb.