Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Hamane bazar günü, noyabrın 3-də günortadan sonra X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “13 Aban İmperializmə qarşı Milli Mübarizə Günü, iranlıların hər cür xarici müdaxilə və xarici hökmranlıqdan uzaq, azad və şərəfli bir həyat sürmək üçün kollektiv qəhrəmanlıq səylərinin xatırlatması günüdür.”
Bəqai əlavə edib: “Xalqımız ABŞ-ın İrana qeyri-qanuni və sabitliyi pozan müdaxilələrinin uzun və qara tarixini unuda bilməz, xüsusilə 1332-ci il mordadın 28-də (m.1953-cü il avqustun 19-u) İran xalqının ilk seçilmiş hökumətini devirən və monarxiya diktaturasını yenidən bərpa edən Amerika-İngiltərə çevrilişini.”
Amerikanın İrana qarşı 8 illik müharibədə Səddam rejiminə hərtərəfli dəstəyini İran xalqının unutmadığını bəyan edən mətbuat katibi vurğulayıb: “Amerikanın İran xalqına qarşı qeyri-qanuni və qəddar təzyiqləri bu günə qədər davam edib, o cümlədən anti-bəşəri sanksiyalar və sionist rejimin cinayətlərinə dəstək şəklində.”
“Buna baxmayaraq, biz təcrübədən öyrəndik ki, ləyaqətli həyat, milli suverenlik və ərazi bütövlüyünün qorunması milli imkan və bacarıqlara arxalanaraq əzmkarlıq və müqavimət tələb edir”- Bəqai, əlavə edib.